!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vegetarianların nəzərinə: Bu qidalar əti əvəz edir - ARAŞDIRMA

!Reklam – Yazi

Həm günü-gündən artan qiymətlər, həm də pəhrizə görə ət məhsullarını tükətmək çətinləşib.

Bundan əlavə, ət məhsullarının tərkibində orqanizə yararlı proteinin olması da hər kəsə məlumdur. Lakin cəmiyyətdə vegetarian insanlar da var.

Bəs ət ehtiyacını hansı qidalarla əvəz etmək olar?

Yenicag.az tərkibində ət məhsulları ilə eyni vitaminləri daşıyan qidaların siyahısını təqdim edir.

Çox bilinməsə də, tez-tez tükətdiyimiz mərci şorbasının tərkibi proteinlə zəngindir. Eyni zamanda, mərci dənəciklərindəki liflər bağırsaqlara da yaxşı təsir edir.

Lobya, noxud və digər paxlalı bitkilər özündə yüksək miqdarda protein ehtiva edir. Həmçinin bu qidalarda dəmir, fosfor, kalsium kimi vitaminlər də var.

Pəhriz menyularında yer alan yulaf da sağlamlıq üçün çox xeyirlidir. Belə ki, 40 qram quru yulafın tərkibində 5 qram protein və 4 qram lif var.

Süfrələrdə tez-tez yer alan düyünün tərkibindəki protein, demək olar ki, ətlə eyni səviyyədədir. Araşdırmalar göstərir ki, uzun dənəli düyülər, yumru dənəli düyülərdən daha xeyirlidir.

Şahanə Paşa

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv