!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəhşi gözəl” istədi, Putin imzaladı

!Reklam – Yazi

Məşhur aktrisa Natalia Oreyroya Rusiya vətəndaşlığı verilib.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin  sərəncam imzalayıb.

Natalia Oreyroya ilə yanaşı onun azyaşlı övladı Molyo Oreyroya da Rusiya vətəndaşı olmaq statusu verilib.

“1977-ci ilin 19 mayında Uruqvayda anadan olmuş Oreyro İqlesias Nataliya Marislə 2012-ci ilin 16 yanvarında Argentinada anadan olmuş oğlu Merlin Ataualpa Rusiya vətəndaşlığına qəbul edilsin”, – deyə sərəncamda qeyd edilib.

Qeyd edək ki, Natalia Oreyroya bu ilin iyun ayında verdiyi müsahibələrdən birində Rusiyada yaşamağı planlaşdırmasa da, rus pərəstişkarlarının sevgisinə təşəkkür əlaməti olaraq vətəndaşlıq almaq istədiyini və bunun üçün müvafiq qurumlara müraciət etdiyini bildirib.

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv