!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəkilin qayınatası ilə birləşib qonşusunu döyməsi xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNDİ / VİDEO

!Reklam – Yazi

“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda vəkilin qayınatasıyla birlikdə qonşusunu döyməsi haqqında məlumat yayılmışdır”.

Bu barədə Yenicag.az-aVəkillər Kollegiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yayılan məlumatda adıçəkilən Məharət Hüseynli adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

“Həmçinin Vəkillər Kollegiyası bildirir ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər.

Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik”.

*17:10

Bakı şəhər Nərimanov rayonunun ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksinin bir qrup sakini arasında insident yaşanıb.

Yenicag.az Globalinfo.az-a istinadən xəbər verir ki, kompleksdə yaşayan 73 yaşlı Tofiq Hüseynov həyətdə gəzərkən qəfil hücuma məruz qalıb. Sakinlərin bildirdiyinə görə, T.Hüseynov axşam saatlarında həyətdə olarkən onunla eyni kompleksdə yaşayan Aydın Hüseynov tərəfindən bıçaqla hədələnib. O, qonşusunun əlində bıçaq ona tərəf gəldiyini görüb. Qaçıb uzaqlaşmaq istəyərkən A.Hüseynovun kürəkəni Məharət Hüseynli onu vuraraq yıxıb. Yerdə uzanıqlı vəziyyətdə olan T.Hüseynova zərbələr endirib. Bu zaman Tofiq Hüseynovun oğlu atasına kömək etmək istəyərkən o da Məharət Hüseynli tərəfindən vurulub.

M.Hüseynlinin zərbə endirdiyi 73 yaşlı sakin xəstəxanaya yerləşdirilib. T.Hüseynov başından yüngül travma alıb, sol çiyni əzilib, qulağı kəsildiyi üçün tikiş qoyulub. Yaşayış kompleksinin digər sakinləri və mühafizə xidmətinin işçiləri də hadisəyə şahidlik ediblər. Mühafizə polisinin mübahisəyə müdaxiləsindən sonra ortalıq sakitləşdiyi deyilir. Ancaq daha sonra M.Hüseynli və A.Hüseynovun yenidən qonşularla şiddətlə mübahisəyə başladığı bildirilir.

Globalinfo.az hadisənin başvermə səbəblərini öyrənmək üçün Məharət Hüseynli ilə əlaqə saxlayıb.

M.Hüseynli xəbəri təkzib edib:

“Xeyr, belə bir hal yoxdur. Görüntülərdə nə olduğunu bilmirəm”,- deyə Məharət Hüseynli deyib.

Qeyd edək ki, Məharət Hüseynli hüquqşünasdır. Onun “Sumqayıt Aşqarlar” ASC”-də, “EL OİL” LLC-də və EL HOLDİNG – də hüquqşünas olduğu bildirilir. Həmçinin Məharət Hüseynli “Avtomotisevis” ASC-nin baş direktorudur.

Yazıda adları çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv