!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi - FOTO

!Reklam – Yazi

“De Fendo” Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, iclasda kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər və kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.

İclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 3 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.

Daha sonra elektron vəkil orderi ilə bağlı məsələyə baxılıb və yaxın zamanda başlanğıc olaraq Bakı şəhərində 3 büro, Sumqayıtda isə bir büroda elektron orderdən pilot layihə kimi istifadə olunması qərara alınıb.

Eyni zamanda, iclasda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan bölməsi tərəfindən türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illiyinə həsr olunan XII Milli Məhkəmə Müsabiqəsinə maddi yardımla bağlı müraciətlərinə baxılıb və maddi dəstək göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv