Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vəkillər Kollegiyasının Aparat rəhbərinə yeni vəzifə verildi

“Noyabr ayının 1-dən etibarən fəaliyyətimi Vəkillər Kollegiyası sədrinin müşaviri vəzifəsində davam etdirəcəyəm”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov deyib.

O bildirib ki, həmin vaxtadək Vəkillər Kollegiyasının Aparat rəhbəri kimi qalır və vəzifədən çıxarılmağı barədə yayılan məlumatlar doğru deyil.

F.Nəcəfov əlavə edib ki, Vəkillər Kollegiyası sədrinin müşaviri olmaqla yanaşı, vəkilliklə də məşğul olacaq.

www.yenicag.az

195