Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Velisopedçimiz lisenziya xalını qazanmağı bacardı

Reklam: High Technic

90979Azərbaycanın şose velosipedi üzrə elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Umag Trophy” yürüşündə uğurla çıxış edib.

Yenicag.az  xəbər verir ki, o, 161 kilometrlik məsafəni 3 saat 25 dəqiqə 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub.

Yağışlı hava şəraitində baş tutan yürüşün son 20 kilometri xüsusilə çətin alınıb. Belə ki, ardıcıl toqquşmalar bir neçə velosipedçinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Velosipedçimiz bütün bu toqquşmalardan qaça bilib və finişi 10 nəfərdən ibarət pelotunun içərisində keçib. Fotofinişə əsasən, velosipedçimiz yekun sıralamada 2-ci olub. Bu isə Maksim Averinə “Rio-2016” Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı yazmağa imkan verib. Xatırladaq ki, idmançımız martın 1-də Xorvatiyada təşkil olunmuş digər yarış – “İzola” Qran-prisində 5-ci olmaqla 10 xal qazanmışdı.

www.yenicag.az

384