!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Venesuelada SEÇKİ ANLAŞMASI: ABŞ sanksiyaları necə qaldıracaq?

!Reklam – Yazi

Venesuela hökuməti ilə müxalifəti ölkədə gələn il keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyalarının iştirakı ilə bağlı razılığa gəldikdən sonra ABŞ bu ölkəyə qarşı sanksiyalarayenidən baxmağı qərarlaşdırır.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Venesuelaya yönəlik yumşaldıcı addımları çərçivəsində neft, qaz və qızıl sektorlarına qarşı sanksiyaların zəiflədilməsi nəzərdə tutulur.

Lakin Venesuelada etirazların yatırılması və demokratik mühitin məhdudlaşdırılmasına görə tətbiq edilən digər sanksiyalar hələ ki qüvvədə qalacaq.

ABŞ Xəzinədarlıq Departamenti tərəfindən verilən yeni ümumi lisenziya 2019-cu ildən bu yana ağır sanksiyalar altında olan Venesuelaya növbəti altı ay ərzində seçdiyi bazarlara neft ixrac etmək imkanı yaradır.

Bununla yanaşı, Vaşinqton xəbərdarlıq edir ki, seçki paktının iflasa uğraması fonunda bu sanksiyalar yenidən aktivləşdirilə bbilər.

Xatırladaq ki, Venesuelada növbəti prezident seçkilərinin təşkili gələn ilin ikinci yarısına planlaşdırılır.

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv