!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vergi işi daha mürəkkəb olsa da, o qurumun müstəqilliyi əlindən alındı, Gömrük Komitəsi isə...” - REAKSİYA

!Reklam – Yazi

“Gömrük Komitəsini hansısa subyektiv səbəblərdən müstəqil qurum kimi saxlayıblar”.

Bunu Dövlət Gömrük Komitəsində daha bir generalın həbs olunmasından sonra adıçəkilən qurumun ləğv edilməsi zərurətinin yenidən gündəmə gəlməsinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Əkrəm Həsənov bildirib ki, Dövlət Gömrük Komitəsinin bu formada mövcudluğuna ehtiyac yoxdur:

“Vaxtilə Vergilər Nazirliyi ilə bağlı da eyni fikri deyirdim ki, o quruma ehtiyac yoxdur. Təklif edirdim ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ləğv olunub Maliyyə Nazirliyinin tabeliyinə verilməlidir. Yenə də o fikrimdə qalıram.

Maliyyə Nazirliyi də, Vergilər və Gömrük Komitəsi də sırf dövlət büdcəsinə vəsaitlərin daxil olması ilə məşğuldur. O qurumlar obrazlı desək, dövlətin “cib”ləridir. Yığırlar, xərcləyirlər. Onların ayrı qurum kimi fəaliyyət göstərməsinə və hərəsinin öz rəhbərinin olmasına ehtiyac yox idi.

Son nəticədə Vergilər Nazirliyi ləğv edildi və İqtisadiyyat Nazirliyinin tərkibinə verildi. Mən buna da fərqli mövqedən yanaşıram. Çünki İqtisadiyyat Nazirliyinin yönü fərqlidir, o qurum sırf iqtisadiyyatın inkişafı və sahibkarlara dəstək, o cümlədən funksiyasına daxil olan digər işlərlə məşğul olmalıdır. Əgər bu yol tutulurdusa, onda Gömrük Komitəsi də İqtisadiyyat Nazirliyinə birləşdirilməli idi.

Hesab edirəm ki, Gömrük Komitəsini hansısa subyektiv səbəblərdən ayrıca qurum kimi saxlayıblar. Harada vergi varsa, orada gömrük olmalıdır. Vergi işi daha çətin, daha mürəkkəbdir. Gömrük işində heç nə yoxdur, gəlib-gedən mallardan rüsum tutulur. Yəni vergi işi daha mürəkkəb olsa da, o qurumun müstəqilliyi əlindən alındı, Gömrük Komitəsi isə müstəqilliyini saxladı. Əlbəttə ki, Gömrük Komitəsi ləğv olunmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv