Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vergi ödənişlərinin müddəti uzadıldı

Vergilər Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 6 aprel 2020-ci il tarixə keçirilib.

Yenicag.az xəbər verir ki, Vergilər Nazirliyindən verilən məlumata görə, qərar ölkə ərazisində xüsusi əmək rejiminin tətbiq olunması ilə əlaqədardır.

Belə ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Qeyd edək ki, Azərbaycanda hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31 mart 2020-ci ildir.

www.yenicag.az

455
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100