!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilərin ləğvində Türkiyə NÜMUNƏSİ: “Əgər insanlara yaxşılıq etmək istəyirlərsə...” – Partiya sədri

!Reklam – Yazi

“İnsanlar onsuz da ağır vəziyyətdədirlər. Ona görə də bu kimi sosialyönümlü tədbirlərin həyata keçirilməsi zəruridir”.

Bu fikirləri Türkiyənin minimum əmək haqqı həcmində olan maaşlardan vergi tutulmaması təcrübəsinin Azərbaycanda da tətbiq olunması imkanlarını dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

ASDP sədrinin sözlərinə görə, hökumətin bununla bağlı qərar verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir:

“Azərbaycanda da belə bir addımın atılması çox yaxşı olardı. Əgər insanlara yaxşılıq etmək istəyirlərsə, bununla bağlı qərar versinlər.

İnsanlar onsuz da ağır vəziyyətdədirlər, çabalayırlar. Ona görə də bu kimi sosialyönümlü tədbirlərin həyata keçirilməsi zəruridir.

Bu, baş verər, ya yox, artıq başqa məsələdir. Çünki bizim hökumətin addımlarını proqnozlaşdırmaq çox çətindir.

Enerji daşıyıcılarının qiymətinin artırılması buna bir nümunədir. Bilinmir, o qiymətlər nəyə görə artırıldı.

Düzdür, deyə bilərlər ki, bütün dünyada artırılıb. Amma dünyanın bizə nə dəxli var?”

A.Zeynalov

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv