!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Verilişi bağlanan aparıcı “Space”dən gedir: “Yeganə üzüldüyüm məqam...”

!Reklam – Yazi

Tanınmış aparıcı Zamirə Dadaşova “Space” TV-dəki işinə son verib.

Yenicag.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib.

“Birinci gün “Space”dən ayrılmağı düşünürəm. İlk iş yerim Aztv – 10 il, ikinci iş yerim “Space” – 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. Düzələr, deyib davam etmişəm. Çox qəribə hisslər çirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum “Acıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi”.

Qeyd edək ki, “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin “Space” TV-yə rəhbər təyin olunandan sonra bir çox məşhur aparıcılar TV ilə yollarını ayırıb.

Cəvahir

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv