!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətən” kubokunun qalibləri region çempionu oldular

!Reklam – Yazi

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon təhsil sektoru,  Mil-Muğan Regional Gənclər və İdman İdarəsi Beyləqan rayonu üzrə Gənclər və İdman sektoru, Beyləqan rayon İcra Hakimiyyəti və Mil İntellektual Klubunun təşkilati dəstəyi ilə təşkilatımız tərəfindən icra edilən “Beyləqan məktəbliləri arasında “Vətən kuboku”nun qaliblərindən olan Beyləqan rayon 1-ci Aşıqlı kənd tam orta məktəbinin “Lion” komandası region birinciliyində iştirak etmişdir.

“Zəfər Günü” münasibətilə Sabirabad Gənclər Evində Xəmsə Milli İntellektual oyunu üzrə “Zəfər tarixini bil” adlı Beyləqan, İmişli, Sabirabad və Saatlı rayonlarının komandalarının iştirakı ilə region birinciliyi keçirilib. Yarış Mil-Muğan regional Gənclər və İdman İdarəsinin və Sabirabad Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı və “Hermes”geyim mağazasının dəstəyi ilə keçirilmişdir. Maraqlı və gərgin keçən yarışda Beyləqan rayonu təmsil edən “Lion” komandası qalib gələrək çempion olmuşdur. Qaliblər idarənin diplom, medal və hədiyyələri ilə mükafatlandırılmışdır.

Tədbirin açılış mərasimində Mil-Muğan regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və Sabirabad Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Rəşad Qurbanov iştirak ediblər.

 

 

www.yenicag.az

72
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv