!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

!Reklam – Yazi

Vətən müharibəsi qazisi 24 yaşlı Orxan Quliyev dünən axşam saatlarında vəfat edib.

Yenicag.az xəbər verir ki, qazi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib.

O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra isə təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbi ilə yatağa məhkum olub.

O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib./Axar.az

 

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv