!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsində dağılan ev nəyə görə DÜZƏLDİLMİR? - Şikayətçidən İNANILMAZ TƏLƏB / FOTOLAR

!Reklam – Yazi

Vətən müharibəsindən sonra zərər görmüş evlərin təmiri, tamamilə dağılmış evlərin isə yenidən tikilməsi üçün dövlət büdcəsindən pul ayrılıb və bu yöndə işlər aparılır.

Yenicag.az xəbər verir ki, dövlət büdcəsindən pul ayrılsa da, ancaq rayon icra hakimiyyətləri evləri təmir etmir, hətta təmir etmədikləri evlərin təmir olunması barədə sənədə imza atdırmaq istəyir.

Ağcabədi rayonu Qaraxanlı kənd sakini Quliyev Aqil Ramazan oğluna məxsus ev 17 oktyabr 2020-ci il tarixində raket zərbəsi nəticəsində yararsız hala düşüb.

Aqil Quliyevin sözlərinə görə, şikayətlərdən sonra 2021-ci ilin avqust ayında rəsmi nümayəndələr evə baxış keçirib, təmir edəcəkləri barədə söz verib gediblər və bir müddət sonra yoxa çıxıblar:

“Evi guya təmir edəcəkdilər. Ancaq oktyabr ayından yoxa çıxıblar. Bəzən kənddə tikinti icraçısını görürəm. Ona sual verəndəki evimin axırı necə olacaq? Deyir ki, evi təmir etmək üçün şəhərsalma idarəsi tikinti materialları verməlidir”.

Şikayətçi bildirir ki, evi təmir olunmasa da, təmir oluduğu ilə bağlı sənədə imza atmasını ondan xahiş edirlər:

“İdarədən mənə deyirlər ki, evin təmir olunması ilə bağlı sənədə imza at. O sənədə imza atsam şirkətin reytinqi qalxacaq və onlara başqa tikinti işləri də verəcəklər. Onları indi tapa bilmirəm, sənədə imza atsam necə görəcəm? Ona görə də sənədə imza atmıram. Pul təklif edirlər, ona da razı olmuram. Evim müharibə vaxtı dağıldığı formada da qalıb. Artıq Qarabağın işğaldan azad edilmiş bölgələrində tikinti işləri aparırlar, ancaq mənim evim dağılmış vəziyyətdə qalıb”.

Müharibə vaxtı cəbhəyani ərazilərdən ən az dağıntı bəlkə də, Ağcabədi rayonu ərazisində olub. O zaman sual ortaya çıxır, iki ilə yaxın bir müddətdə Ağcabədi rayon İcra Hakimiyyəti dağılmış evləri niyə təmir etmir? Dövlət büdcəsindən ayrılan pullar hara xərclənib?

Səxavət Məmməd

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv