!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsində mühəndis qoşunlarının şəhid olan hərbçilərinin SAYI

!Reklam – Yazi

Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub.

Yenicag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, müharibə zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb:

“Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlıq Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçu medalla təltif edilib”.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv