!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsində susan "McDonald`s"ın RUSİYA QƏRARI: "Bir çox ikiüzlü Qərb dövlətlərində..." - REAKSİYA

!Reklam – Yazi

Ukraynaya hərbi hücumdan sonra dünyanın bir sıra şirkətləri Rusiyadan üz döndərib. Bu şirkətlərdən biri də “McDonald`s”dır. Belə ki, bir çox Qərb şirkətləri kimi “McDonald’s” da Rusiya bazarından imtina etmək qərarına gəlib. “McDonald`s”ın Rusiyada 62 000 işçisi, yüzlərlə yerli təchizatçı və tərəfdaşının olmasına baxmayaraq, şirkət buradakı 850 restoranını müvəqqəti olaraq bağlayır.

Bununla bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında qeyd edib ki, “McDonald`s”ın qəbul etdiyi qərar heç də səmimi görünmür və ikili yanaşmanı ortaya qoyur:

“44 günlük Vətən müharibəsi zamanı erməni vandalları bizim bir sıra şəhər və digər yaşayış məntəqələrimizdəki dinc insanları hədəfə alırdılar. Bərdədə, Gəncədə və digər şəhərlərimizdə ailələr, uşaqlar, qadınlar və qocalar faciəli şəkildə həyatlarını itirdilər. Bu hadisələr zamanı Azərbaycanda fəaliyyət göstərən və milyonlar qazanan “McDonald’s” Ermənistanda restoranlarını bağlamağa cürət etməsə də, bu vəhşiliyi pisləmək və Azərbaycana dəstək olmaq məqsədilə özünə aid sosial şəbəkə hesabında “Qarabağ Azərbaycandır!” postunu paylaşmaq cürətini tapdı, ancaq sonradan həmin postu sildi. İnsanlarımızın etiraz və təpkisinə baxmayaraq, “McDonald’s” bunu aradan qaldırmadı və addımını belə izah etdi ki, onlar siyasətə qarışmırlar. Ancaq, əslində, “Qarabağ Azərbaycandır!” ifadəsi siyasət yox, ən “pis” halda reallığı dilə gətirməkdən başqa bir şey deyildi.

Bu gün həmin siyasətə qarışmadığını iddia edən “McDonald’s” Rusiyadakı restoranlarını bağlamaq qərarını verib. Əgər, həqiqətən də, bu şirkət siyasətə qarışmırsa, niyə baş verən hadisə və proseslərə bu qədər ikiüzlü yanaşma ortaya qoyur?! Bu və buna bənzər digər ikiüzlü olanlar Qarabağın Azərbaycan olduğunu dilə gətirməsələr də, biz Qarabağın Azərbaycan olduğunu isbat etdik. Növbə isə bir çox ikiüzlü Qərb dövlətlərində, təşkilatlarında və şirkətlərindədir ki, buyurub özlərinin ikiüzlü olmadıqlarını sübut etsinlər”.

Gülşən Şərif

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv