!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vətəndaş kimə desin dərdini, hansı divara vursun başını?" - Azər Qərib SİTƏM ETDİ

!Reklam – Yazi

“Prezident hər çıxışında deyir ki, vətəndaşların problemləri ilə maraqlanmaq lazımdır, bu problemlərə formal yanaşmaq olmaz, kabinetlərdən çıxıb adamların arasına çıxmaq mütləqdir, amma çi fayda, öz aləmlərindədirlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Facebook” hesabında Səbail Rayon İcra Hakimiyyətindən şikayətini dilə gətirən tanınmış səyyah Azər Qərib qeyd edib.

“Görəsən Səbail İcra Hakimiyyətinin rayon ərazisində baş verən özbaşınalıqlardan xəbəri varmı?”, – deyən Azər Qərib bunları yazıb:

“Var əlbəttə. Bəs niyə tədbir görmür? Bunu bilmirəm. Amma onu bilirəm ki, hətta Milli Məclis deputatının sorğusuna İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri cənab Fərəməz Rəhmanlı belə özbaşınalıqları ört-basdır edir.

Və fikirləşirsən ki, yaxşı, əgər dünənə qədər JEK müdiri çalışmış, bu gün isə Bakının ən yağlı rayonunun bütün təsərrüfatına başçılıq etməyə gətirilən cənab Rəhmanlı geniş səlahiyyətlərə malik olan Ali Qanunvericilik Orqanının nümayəndəsinə belə saymamazlıq nümayiş etdirirsə, bəs onda sadə vətəndaş nə etməlidir, kimə desin dərdini, hansı divara vursun başını?

Əşşi, baş bir yana, həmin divara bir mıx belə vursan, İcra Hakimiyyəti az qala bütün heyətlə gələcək ki, vaxsey, qoymayın, bu, cinayətdir, qanun pozuntusudur, tutun basın bunu içəri.

Bəs necə olur ki, balaca mıxı görüb, böyük özbaşınalıqları görmürlər? Nədir gözlərini yuman?

Cavabdeh olduqları rayonda o boyda Göz klinikası açılıb, niyə müraciət etmirlər ora?

Cənab Rəhmanlıya nədir güc verən? Məsuliyətsizlikdir bu, yoxsa JEK təcrübəsindən gətirilmiş hamımıza bəlli olan digər məqamlar var ortada?

Əslində, bu hansısa konkret bir problem deyil. Sadəcə bu, tendensiyadır, bir çox sahələrdə belədir, biganəlik, yekəxanalıq və s.

İsti kresloya oturan olur şah, sonra bayıra atılanda ağlaşma qurur ki, mələk kimi adam idim, həmişə xalqıma xidmətyuiopölkjhgfdszxcvbn (müəllif belə yazıb – red.), adamın əti tökülür, ürək bulanması bir yana.

Biraz enin aşağı, belə hərəkətləriniz insanlarda qəzəb oyadır, çox həssas zamanlardır, pandemiya buradan, bahaçılıq oradan, kəndinizə gəlin, təxribatla məşğul olmayın!

Prezident hər çıxışında deyir ki, vətəndaşların problemləri ilə maraqlanmaq lazımdır, bu problemlərə formal yanaşmaq olmaz, kabinetlərdən adamların arasına çıxmaq mütləqdir, amma çi fayda, öz aləmlərindədirlər.

Səbail rayonu sıradan bir rayon deyil, bütün ölkənin gözü buraya yönəlib, ən qədim tarixi binalar burada, ən əhəmiyətli abidələr burada, hökumət binaları burada, Administrasiya burada, ən prestijli məkanlar burada… Bu rayon gərək nümunə olsun, burada gərək hər şey ideal olsun, innovasiyalar olsun, lokomotiv kimi çəksin gərək digərlərini arxasıyca.

Yox, əgər gənc rəhbərliyin altında olan rayonda JEK təfəkkürü hökm sürəcəksə, özbaşınalıqlara və qanun pozuntularına göz yumulacaqsa, vətəndaşların problemlərinə biganəlik nümayiş etdiriləcəksə, onda digər rayonlardan nə gözləyək?..”

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv