!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşın kiçik büdcəsini talayan PARKİNQ QİYMƏTİ: “8 saat üçün 8-10 manat tələb edilməsi...” – Millət vəkili

!Reklam – Yazi

“Müəyyən güzəştlərin tətbiqi həm vətəndaşlar, həm də xidməti təşkil edənlər üçün faydalı olardı”.

Bu fikirləri həll olunmaq əvəzinə, daha da dərinləşdiyi müşahidə olunan parkinq probleminin aradan qaldırılmasına yönəlik zəruri addımları dəyərləndirən Milli Məclisin deputatı Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkili bildirib ki, eyni park yerlərindən uzun müddət istifadə edən sürücülər üçün müəyyən güzəştlər tətbiq olunmalıdır:

“Çünki əksər sahələrdə olduğu kimi, parkinq məsələsində də müəyyən güzəştlərin tətbiqi xidmətin əlçatanlığını artırmaqla yanaşı, sürücülərin də əlavə xərcə düşmələrinin qarşısını ala bilər.

Çünki 8 saatlıq parkinq xidməti üçün ödəniləcək 2 və 8 manat arasında böyük fərq var. Avtomobilin bir saatlıq parkinqi üçün 1, yaxud 2 manat ödəmək haradasa, normaldır.

Lakin 8 saatlıq parkinq üçün vətəndaşlardan 8-10 manat tələb olunması onlara sərf etmir və çətinliklər yaradır. Ancaq burada müəyyən güzəştlərin tətbiqi həm vətəndaşlar, həm də xidməti təşkil edənlər üçün faydalı olardı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv