!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşları təngə gətirən tıxac PROBLEMİ: "Alternativ yollar düzgün tətbiq olunmalıdır" - ÇIXIŞ YOLU

!Reklam – Yazi

“Şəhərin əsas istiqamətverici küçələrinin bağlı olması fonunda həmin ərazilərdə fəaliyyət göstərən obyekt işçilərinə məhdudiyyət tətbiq oluna bilər”.

Bu sözləri “Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində əksər yolların bağlanmasının və marşrut xəttlərinin hərəkət sxeminin dəyişdirilməsinin vətəndaşlar üçün yaratdığı problemlərə toxunan nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq yarışlara sahiblik etmədən öncə vətəndaşların rahatlığına mane olacaq əngəllərin aradan qaldırılması vacibdir:

“Dünya ölkələrinin praktikasında da bu cür beynəlxalq yarışların keçirildiyi hər kəsə məlumdur. “Formula 1” kimi yarışlara daha çox Avropa ölkələrində rast gəlinir. “Formula 1″ yarışı ilə əlaqədar bu gün paytaxtda sərnişin narazılığının yaranmasının başlıca səbəbi nəqliyyatın az şaxələnməsidir. Paytaxtda nəqliyyat birbaşa metro, taksi və marşrut sistemi üzərində qurulub. Ona görə də yolların bağlanması fonunda problemlərin üzə çıxacağı gözlənilən idi. Şəhərin əsas istiqamətverici küçələrinin bağlı olması fonunda həmin ərazilərdə fəaliyyət göstərən obyekt işçilərinə məhdudiyyət tətbiq oluna bilər. Bununla yanaşı, həmin ərazilərdə yerləşən universitetlərin də fəaliyyətində fasilələrin verilməsi vətəndaşların yollarda vaxt itirməsinin qarşısını ala bilər. Xarici ölkələrdə hansısa şəhər nəzarətə götürülür və yolları bağlanırsa, bu halda alternativ variantlar tətbiq olunur. Lakin Bakıda alternativ addımlar atılmır. Ona görə də marşrut xətlərinin dəyişdirildiyi istiqamətlərdə də tıxaclar yaranır və vətəndaşların vaxt itkisinə səbəb olur. Ümumiyyətlə, Bakı tıxac problemi həll oluna bilməyən bir şəhərdir. Gələn ildən etibarən keçirilən bu cür beynəlxalq yarışlar zamanı ictimai nəqliyyatın yükünün artırılması fonunda alternativ yollar düzgün tətbiq olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv