!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşları yoran MTK özbaşınalığı: "Əgər qaydalar sərtləşərsə,..."

!Reklam – Yazi

“Möhür və müqavilə MTK rəhbərində olduğuna görə eyni mənzili kimə istəsə sata bilir”.

Bu sözləri MTK-lardan ev alan vətəndaşların üzləşdikləri problemlərə toxunan əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas problemlərdən biri tikinti şirkətlərinin satdığı mənzillərdə sahənin hesablanması ilə bağlıdır. Belə ki, vətəndaş aldığı mənzilin hər kvadratmetrinə görə ödəniş etsə də, nə vaxtsa mənzili satışa çıxaranda aldadıldığını görür:

“Elə vətəndaşlar var ki, illərdir bu problemlə bağlı məhkəmələrdə sürünürlər. Ən yaxşı halda MTK rəhbəri həbs olunur, lakin vətəndaş bundan heç nə əldə etmir. Əslində bu cür hallar təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də baş verir. Rusiya və Türkiyədə hazırlanan mexanizm bu cür dələduzluq hallarının qarşısını almağa kömək edir. Bu cür dələduzluqların baş verməsinin başlıca səbəbi odur ki, yeni tikilən binaların hansısa dövlət orqanı tərəfindən reyestri aparılmır. Möhür və müqavilə MTK rəhbərində olduğuna görə eyni mənzili kimə istəsə sata bilir. Tikilməkdə olan binalarda dələduzluq hadisələrinin kifayət qədər çoxaldığını nəzərə alsaq, ölkəmizdə bu problemlə mübarizə üçün müvafiq addımların atılması vacibdir. Əgər qaydalar sərtləşərsə, vətəndaşlar aldadılmayacaq və bu cür qanunsuzluqlar olmayacaq”.

Elnur Fərzəliyev vurğulayıb ki, digər problemlərdən biri də yeni tikili binaların altında avtomobillərin parklanma yerlərinin az olmasıdır:

“Park yeri olan binaları tikən şirkətlər bu yerləri vətəndaşlara satır və ya icarəyə verir. Onların qiymətləri isə çox baha olur. Tikinti şirkətlərinin binaların altındakı parklanma yerlərini satması və ya icarəyə verməsi qanunla qadağan edilmir. Çünki şirkət binanı özü üçün tikir, sonra isə fərdi şəkildə satır. Binanın həyətyanı sahəsi, binanın zirzəmisində kommunikasiya xətlərinin keçdiyi ərazilər isə ümumi istifadədə olan sahələrdir və şirkət bu yerləri sata bilməz. Qanuna görə, binanın zirzəmisi isə texniki mərtəbə hesab edilir və kommunikasiya xətlərinin keçməsi üçün nəzərdə tutulur. Amma MTK həmin ərazini qaraj edir və kommunikasiya xətləri o qarajın içindən keçir”.

Gülşən Şərif

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv