!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşların NƏZƏRİNƏ: Bakının iki rayonunun qaz təchizatında fasilələr yaranacaq

!Reklam – Yazi

SOCAR-ın “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Daşgil-8” ölçü qovşağının çıxış xəttində aparılacaq təmir işləri ilə bağlı sentyabrın 22-də saat 10:00-dan 14:00-dək “Duvannı” və “Qobustan” QPS-lərdən, “El Metal plus” MMC, “DSU-2”, “2 saylı Yol İstismar İdarəsi” və “Polad Yol YAPI sənaye MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, həmçinin Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən “Kristal Bakı” ASC-yə məxsus yaşayış kompleksinin tikinti sahəsindən keçən “Səbail QPS qolu” qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə yeni çəkilmiş magistral qaz kəmərinin bir hissəsinin qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə sentyabrın 22-də saat 09:30-dan təmir işləri başa çatanadək “Səbail” və “Yasamal” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin (tam olaraq) eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinin (tam olaraq) və Badamdar qəsəbəsinin (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv