!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşların NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

!Reklam – Yazi

Bu gün bəzi ərazilərdə qazın verilişi müvəqqəti dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saat 08:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Xırdalan” magistral qaz kəmərinin 25,6-cı və 27,3-cü kilometrlərarası hissəsində yeni çəkilmiş qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi, saat 09:00-dan yeni çəkilmiş “Böyük Bəhmənli-Şuşa” yeraltı magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi, həmçinin “İvanovka” QPS-də qızdırıcı sobanın giriş və çıxış xətləri üzərində quraşdırılmış istismara yararsız və tənzimləyici qovşağın girişində kranların dəyişdirilməsi ilə əlaqədar “Xocasən”, “Alatava”, “Sulu-Təpə”, “Horadiz” və “İvanovka” QPS-lərdən, “Fərəh MMC” və “Füzuli Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli (şəhəri daxil olmaqla), İsmayıllı eləcə də paytaxtın Yasamal, Nəsimi, Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv