!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşların seçki prosesinə CƏLB OLUNMASI: “Namizədlərin kampaniyası emosional və ...”

!Reklam – Yazi

“Seçicilərin marağını cəlb edərək onları seçki kampaniyasına qoşulmağa təşviq etmək lazımdır”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri çərçivəsində namizədlərin iştirakı ilə keçirilən debatları dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir namizəd prezident seçki prosesi çərçivəsində verilən ödənişsiz efir vaxtından yararlanır və bacardığı qədər öz kampaniyasını aparır:

“Təbii olaraq ictimaiyyət daha maraqlı və rəqabətli mühit arzulayır. Həm müsbət təsir bağışlayan, həm də heç bir emosiya yaratmayan standart çıxışlara da rast gəlinir. Ancaq əsl seçki kampaniyası emosional və fəal olmalıdır.

Bir sözlə, vətəndaşların marağını cəlb edərək onları seçki kampaniyasına qoşulmağa təşviq etmək lazımdır. Standart çıxışlar olduğu halda isə bu imkan aşağı düşür. Qalan günlər ərzində namizədlər bu amilləri nəzərə almalıdırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv