!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət olunmalıdır...” - EKSPERT ŞƏRHİ

!Reklam – Yazi

“Atraksionların bütün mexanizm və detallarının sertifkasiyası həyata keçirilməlidir”.

Bu sözləri parklarda əyləncə atraksionlarının təhlükəsizliyi ilə bağlı münasibət bildirən təhlükəsizlik qaydaları üzrə ekspert Elman Nurəliyev Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, xoşagəlməz hadisələr valideyn məsuliyyətsizliyi və diqqətsizlik səbəbindən irəli gəlir.

“Ümumiyyətlə, atraksionlardan istifadə zamanı təhlükəsizlik qaydalarına və onların özünün təhlükəsizlik istismarına dair norma və standartlarına ciddi riayət edilməlidir. Atraksionlar təhlükə potensialı riski yüksək olan avadanlıqlardır və bunların istismarı zamanı mütləq qaydalara ciddi riayət edilməlidir.

Sözügedən qurğuların istismarına dair təhlükəsizlik tələblərini xüsusi qeyd etmək lazımdır. Hər il bu avadanlıqlar texniki baxışdan keçirilməli və onların işlək vəziyyətdə olmasına müvafiq rəy bildirildikdən sonra istismara icazə verilməlidir.

Təbii ki, sonradan hər hansısa nasazlıq yaransa və bunu aradan qaldırmaq mümkün olmadıqda, avadanlığın istismarı dərhal dayandırılmalıdır. Digər tərəfdən atraksionların bütün mexanizm və detallarının sertifkasiyası həyata keçirilməlidir. İstismar müddəti bitən qurğular yenilənə bilmədiyi təqdirdə mütləq istifadədən kənarlaşdırılmalıdır. Atraksionları quraşdıran şəxs və ya şirkətlər həmin avadanlıqların keyfiyyət və təhlükəsizliyi ilə bağlı vaxtaşırı texniki qulluq şəhadətnamələri əldə etməlidir.

Eyni zamanda atraksionlardan istifadə edən vətəndaşların təhlükəsizlik qaydalarına – yaş məhdudiyyətinə, kəmərlərin düzgün bağlanmasına, şəxslərin üzərində əlavə vasitələrin olmasına və s. nüanslara əməl etməsinə nəzarət olunmalıdır. Əgər hansısa azyaşlı uşaqlar, eləcə də yetkin şəxslər həmin qaydalara əməl etməkdən boyun qaçırırsa, onların atraksiondan istifadəsinin qarşısı alınmalıdır. Yalnız əməl edildikdən sonra istifadəyə icazə verilməlidir.

Təəssüf ki, bəzən valideyn məsuliyyətsizliyinin və digər xoşagəlməz davranışların şahidi oluruq ki, bunlar da qəbuledilməzdir. Belə anlarda hər iki tərəf ən pis halda bədbəxt hadisələri düşünməli və diqqətli davranmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv