Vətəndaşların xaricdə istifadəsi üçün lazım olan sənədlərinin rəsmiləşdirilməsi qaydası

Vətəndaşlar xaricdə olarkən istifadəsi üçün hər hansı sənədin apostilləşdirilməsi həmin ölkənin qanunvericiliyinə əsasən rəsmiləşdirməlidirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, yalnız bu halda həmin sənədlər Azərbaycana gətirildikdə leqal sənəd kimi qəbul olunur və onlar əsasında notariat prosesləri aparıla bilir.

H.Məmmədovun sözlərinə görə, ölkə daxilində apostil sənədləri həyata keçirilmədiyi üçün müəyyən olunan notariat ofislərinə müraciət edilir:

“Həmin sənədlər müəyyən olunan notariat ofislərində qəbul edilir və Ədliyyə Nazirliyi vasitəsilə onların apostilləşməsi nəzərdə tutulur. Elə sənədlər də var ki, Xarici İşlər Nazirliyinin apostilləşmə xidmətindən keçirilməlidir”.

COP29