!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndən kənarda “YARADILAN” AZƏRBAYCAN: Xaricdəki diaspor təşkilatlarımız necə yönləndirilir? - TƏHLİL

!Reklam – Yazi

Mədəniyyətimizin, mətbəximizin, tariximizin, milli mənəvi dəyərlərimizin dünyada tanıdılmasında diasporun böyük rolu var.

Mütəxəssislər hazırki dövrdə diaspor və lobbiçilik anlayışını beynəlxalq münasibətlərin vacib elementi kimi xarakterizə edirlər. Diaspor anlayışının əsas amili hər hansı bir etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır. Bununla belə, başqa xalqlar arasında yaşayan hər hansı bir xalqın müəyyən hissəsinə diaspor demək heç də düzgün olmazdı. Diaspormilli məişətə, adət-ənənələrə, mədəniyyətə və dilə, milli şüura malik olan, onu qoruyan, inkişaf və təbliğ edən etnik cəmiyyətdir.

Son illər yəhudi, türk və digər diaspor və lobbilərlə, onların təşkilatları ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etmək, onların köməyindən istifadə edərək təcrübə toplamaq və qarşıya qoyulan məqsədləri reallaşdırmaq Azərbaycan diasporunun artıq nəzəriyyədən praktikaya keçidinin göstəricisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra diaspor və lobbi kimi anlayışlar xaricdə yaşayan azərbaycanlıların fəaliyyətində geniş yer almağa başladı.

Nəticədə qısa zaman ərzində diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi.

Bu çərçivədə prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Adıçəkilən Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun müxtəlif məsələlərə dair təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstərir. Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan yaradıb.

Dövlət Komitəsinin qarşısında həm Əsasnamə, həm dövlət başçısının tapşırıqları ilə müəyyən vəzifələr qoyulub ki, bunlara 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqların dünyaya çatdırılması, milli-mədəni irsimizin təbliği, azərbaycançılıq ideologiyasının, milli kimliyimizin qorunması və sair işlər aiddir.

Bu gün dünyanın 156 ölkəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsini və bilavasitə Azərbaycan diasporunu özündə birləşdirən informasiya mühiti yaranıb və yeni texnologiyaların yaratdığı münbit şərait ilə günü-gündən əhatəsi genişlənməkdə, təsir imkanları güclənməkdədir. İndi də Azərbaycanın zəkası, təhsili ilə seçilən gəncləri dünyanın hər yerinə səpələnərək diaspor təşkilatları yaradır, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan icmasını birləşdirərək öz sözlərini deyirlər.

Belə ki, hər bir Azərbaycan övladı harada yaşamasından aslı olmayaraq, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, azərbaycançılığımızı layiqincə təbliğ və təmsil etməyə səy göstərir. Dünyanın müxtəlif ölkələrinə yayılan azərbaycanlılar hazırda bir çox dövlətlərdə – Latviya, Litva, ABŞ, Almanya, MDB ölkələrində icmalar yaradıblar. Elə 44 günlük Vətən müharibəsi zamanı da diaspor təşkilatları vahid bir mexanizm kimi birləşmişdilər.

Qeyd edək ki, son 3 ildə Azərbaycan diasporunun tarixində daha genişmiqyaslı yeni mərhələnin əsası qoyulub. Bütün dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, diaspor təşkilarının koordinasiyalı fəaliyyətinin təşkili, təşkilatların mütəşəkkil fəaliyyətinin qurulması üçün yönləndirilməsi, harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın, həmvətənimizin yanında olmaq, onların sosial və digər problemlərindən xəbərdar olmaq, həlli istiqamətində konkret addımlar atmaq əsas prioritetlər sırasındadır. Eyni zamanda, qanunvericilik bazasının təkmilləşdirilməsi, maarifləndirmə, inteqrasiya, sosial və mədəni fəallığın artırılması istiqamətində tədbirlər, innovasiyaların, yüksək texnologiyaların diaspor quruculuğu prosesinə tətbiqi, milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, xaricdə yaşayan azərbaycanlılarla, eləcə də onların təsis etdiyi diaspor təşkilatları ilə kəsintisiz əlaqənin qurulması qarşıda duran əsas vəzifələrə daxildir.

Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başlanıb. Müharibə dövründə təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil, dünyanın bir çox ölkələrində məskunlaşan 50 milyondan çox soydaşımız bir yumruq kimi birləşərək dövlətimizə, ordumuza dəstək olublar. Azərbaycan diasporu Vətən müharibəsindən öncə də Xocalı soyqırımı kimi qan yaddaşımız olan tariximizin dünya ölkələrində tanıdılmasında, “Xocalıya ədalət” kimi kampaniyaların təşkilində, erməni yalanlarının ifşasında böyük fəallıq nümayiş etdirib. Komitə və diaspor nümayəndələri tərəfindən ölkəmizlə bağlı həqiqətləri əks etdirən yüzlərlə məqalə hazırlanaraq 50-yə yaxın ölkənin müxtəlif media orqanlarında 26 dildə ictimaiyyətə təqdim edilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dövlətinin maraqları təmin edilib, diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olunub və bu bu proses planlı surətdə davam etdirilir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv