!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vətənpərvər məktəblilər” layihəsinin üçüncü mərhələsi təşkil edilib - FOTOLAR

!Reklam – Yazi

Elm Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf innovasiyalar üzrə 7-ci qrantmüsabiqəsi”nin qalibi olmuşVətənpərvərməktəblilərlayihəsinin üçüncü mərhələsi təşkil edilib.

Goranboy rayonunun Veyisli kənd tam orta məktəbintəşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında qonaqlara iştirakçılara layihə haqqında ətraflı məlumat verib.

Daha sonra Goranboy rayonunun Qızılhacılı qəsəbə şəhidi Nofəl Nuriyevin anası Fatma Nuriyeva şəhidlərə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıdan ətraflı söz açıb, bu cür layihələrin əhəmiyyətini vurğulayıb. Çıxış edən Vətən müharibəsi iştirakçıları Tural Namazov Paşa Həsənov keçdikləri döyüş yolu barədə ətraflı məlumat verib, layihənin əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıblar.

Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı, təlimçi Sevlan Rüstəmli tərəfindənVətən vətənpərpərvərlikmövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkiledilib.

Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcəkVətənpərvər məktəblilərlayihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər şəhid ailələrindən olan məktəblilər iştirak edir.

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv