!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Veteran güləşçilərimiz uğurlu nəticə əldə etdilər

!Reklam – Yazi

Oktyabrın 17-dən 22-dək Yunanıstanın Lutraki şəhərində veteranlar arasında dünya çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a bildirilib ki, ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil edib.

Cəlal Süleymanov (62 kq) qazaxıstanlı Medet Raximbay (tuş), yaponiyalı Ken Kikuçi (5:0) və amerikalı Benjamin Kyara (4:1) qalib gələrək dünya çempionu olub.

Xalid Cəfərov (70 kq) amerikalı Ceyms Ferqusona (9:1) tam üstünlüklə qalib gəlsə də, yarımfinalda serbiyalı Milan Mariçə uduzub – 0:8. Cəfərov isveçli Karl Qranbomu minimal fərqlə məğlub edərək (6:5) bürünc medala sahib çıxıb.

Elgiz Məmmədov (88 kq) rusiyalı Şamil Abulmuslimov (9:0), qazaxıstanlı Bakitjan Nuradinov (tuş) və amerikalı Kayl de Berrini (10:2) vaxtından əvvəl məyus edib. Həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabı ilə uduzan Məmmədov ardıcıl 2-ci dəfə dünya ikincisi olub.

Beləliklə, güləşçilərimiz mundialda bir dəst medal qazanıb.

Qeyd edək ki, dünya çempionatında hakimlərimizdən Xəyal Əliyev, Sevinc Yusibova və Eldar Bayramov ədaləti qoruyub.

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv