!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Veteran təqaüdlərinin ARTIRILMASI: “Bunun üçün kifayət qədər böyük vəsaitin tələb olunması...” - Millət vəkili

!Reklam – Yazi

“Düşünürəm ki, edilən müraciətlər nəzərə alınacaq və gələcəkdə bununla bağlı müəyyən addımlar atılacaq”.

Bu fikirləri Qarabağ müharibəsi veteranları üçün müəyyən edilmiş təqaüdün artırılması imkanları haqda danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayır

“Qeyd edim ki, bu gün dövlətimizin həyata keçirdiyi çox sayda genişmiqyaslı layihələr var. Bu şəraitdə belə dövlət müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.

Millət vəkili olaraq bizə də veteranlara verilən təqaüdlərin artırılmasına dair müntəzəm müraciətlər edilir. Hal-hazırda 80 manat təşkil edən o məbləğin artırılması üçün kifayət qədər böyük vəsaitin tələb olunması da nəzərə alınmalıdır.

Düşünürəm ki, edilən müraciətlər nəzərə alınacaq və gələcəkdə bununla bağlı müəyyən addımlar atılacaq. Dövlətin bu sahəyə diqqət-qayğısı yüksək səviyyədədir və vurğulanan məsələ ilə bağlı vətəndaş mənuniyyətinin daha da artırılacağı şübhəsizdir”.

Nuray Məmmədzadə

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv