!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəzifəli şəxsin adı ilə torpaq zəbt edilməsinin qarşısı alındı

!Reklam – Yazi

Abşeron rayonunun Mehdiabad qəsəbəsində neft sənayesinə aid torpaq sahəsinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, Sahib Məmməd oğlu Quliyev bir qrup şəxslə birlikdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) məxsus neft kəmərinin mühafizə zonasını özbaşına zəbt edərək uzunluğu təqribən 100 metr, eni isə 20 metr olmaqla hasara alıb.

Ona SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları dəfələrlə xəbərdarlıq edərək, neft kəmərlərindən bütün istiqamətlər üzrə 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyini bildirib.

S.Quliyev gah yüksək vəzifəli şəxslərin adından istifadə edərək, gah da şəhid ailəsinin üzvü olduğunu əsas gətirərək ətrafına topladığı şəxslərlə birlikdə hay-küy salıb, qanunsuz əməllərinə göz yumulmasını tələb edib. Lakin o, torpaq sahəsinin mülkiyyətində olması və şəhid ailəsinin üzvü olması ilə bağlı sənəd təqdim etməyib.

Neft kəmərlərinin ölkə üçün strateji əhəmiyyəti nəzərə alınaraq hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və Abşeron Rayon Polis İdarəsi, Heydər Əliyev adına NEZ-in Mühafizəsi üzrə Polis İdarəsi, eləcə də SOCAR-ın Təhlükəsizlik İdarəsi və NEZ əməkdaşlarının iştirakı ilə qanunsuz zəbt olunan sahədəki hasar xüsusi texnika cəlb edilməklə sökülüb, ərazi yenidən zavodun istifadəsinə verilib.

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv