!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəzifəli şəxslər barəsində inzibati protokol tərtib olundu

!Reklam – Yazi

Daşkəsən, Göyçay və Ağdaşda vəzifəli şəxslər barəsində inzibati protokol tərtib olunub.

Yenicag.az xəbər verir ki, bu Barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Bayan kəndində sənaye, həmçinin məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə, həmin kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin, keçirilən tədbir zamanı Göyçay rayonunun Bığır, Ağdaş rayonunun Orta Ləki kəndində sənaye, həmçinin məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduqlarına görə, həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv