!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəziyyət davamlı olarsa…” - Zəlzələ həyət evlərinə axını gücləndirəcək? - EKSPERTDƏN AÇIQLAMA

!Reklam – Yazi

Xəzər dənizində baş verən 5,7 ballıq zəlzələdən sonra həyət evlərinə maraq yenidən gündəmə gəlib.

Mövzu barədə Yenicag.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı zəlzələnin davamlı olacağı təqdirdə dəyişikliyin baş verəcəyini istisna etməyib.

Ekspert bu cür hadisələr zamanı psixoloji faktorların təsiri nəticəsində fərdi evlərdə məskunlaşma ilə bağlı ictimai rəy formalaşdığını da bildirib:

“Zəlzələnin bütövlükdə paytaxt Bakının mənzil bazarına ciddi təsiri olacağını düşünmürəm. Əgər bu təkanlar bu gün, sabah və daha bir necə gün ərzində davam edərsə, dağıntı baş verərsə, bu halda, daha çox bunu müşahidə edə bilərik. Amma indiki halda bunu demək doğru olmaz. Zəlzələ Bakı şəhərinin bir çox ərazilərində heç hiss olunmayıb. Düşünmürəm bir təkana görə mənzil bazarında ciddi dəyişiklik olsun və həyət evlərinə maraq kəskin şəkildə artsın və s.

Bəli, zəlzələdən sonra psixoloji vəziyyət yarandı. Mənim yaşadığım ərazidə də insanlar yaxınlarının həyət və bağ evlərinə daşınırdı. Amma bir daha qeyd edirəm, bu vəziyyət davamlı olarsa, hər hansı dəyişiklik müşahidə oluna bilər. İndiki halda, bu qısamüddətli panik vəziyyət idi. Bu gün və sabahdan etibarən bu psixoloji durum aradan qalxacaq”.

Cəvahir

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv