!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəziyyəti gərginləşdirmək Ermənistana baha başa gələ bilər”

!Reklam – Yazi

“Toqquşma olacağı təqdirdə, Ermənistan ərazilərinin bir hissəsini itirəcək”.

Bu sözləri 5 aprel görüşünün regionda gərginliyi artırmasını şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, vəziyyətin gərginləşməsi erməni tərəfinə baha başa gələcək.

“Regiondakı vəziyyəti gərginlinləşdirmək Ermənistan dövlətinin çox ağır zərbə alması ilə nəticələnək. Qərb ölkələri Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyirlər. Bunun üçün Azərbaycan, Ermənistan və Gürcüstanı da oyuna qatmaq istəyirlər. Gürcüstan bir dəfə bu oyunun içinə girdi, ərazilərinin müəyyən bir hissəsini itirdi”, – deyə o əlavə edib.

E.Musayev vurulayıb ki, Paşinyan Soros fondunun dəstəyi ilə hakimiyyətə gəlmiş adamdır: “Müəyyən qədər sifarişləri yerinə yetirməlidir. Nəticə etibarı ilə gərginlik olacaq. Azərbaycan dövləti də bununla bağlı öz narazılığını dilə gətirib.

Müharibə bitməyib, atəşkəs elan olunub. Sülh müqaviləsi də yoxdur. Toqquşma gözlənilir. Toqquşma olacağı təqdirdə, Ermənistan xeyli ərazilərini itirmək məcburiyyətində qalacaq”.

Səxavət Məmməd

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv