!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VI Bienali Beynəlxalq İzmir Sənət sərgisi keçirildi - FOTOLAR

!Reklam – Yazi

Ötən ay İzmirdə VI Bienali Beynəlxalq İzmir Sənət sərgisi keçirildi.

Kifayət qədər böyük nüfuza malik sərgiyə dünyanın müxtəlif ölkələrindən sənətkarlar qatıldı. Hansı ki, bu sərginin təşkil edilməsi beynəlxalq əlaqələrin daha da gücləndirilməsi və dünyanın peşəkar sənətkarlarının bir araya toplanmasında əsas vasitəçi rolunu oynayır.


Sərgidə ilk dəfə olaraq Azərbaycan sənətkarı da iştirak etdi. Ölkəmizi orada Türkiyə və Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə-Zebiç təmsil edib. O, bizimlə söhbətində belə bir mötəbər tədbirdə iştirak etməkdən məmnunluğunu bildirdi: “Bienali İzmir Mədəniyyət sərgisində bu dəfə Azərbaycanı təmsil etməyim məndə böyük qürur hissi oyatdı. Sərgidə bu dəfə “Domino təsiri” mövzusu qoyulmuşdu. Mənim əsərim orada diqqət və marağa səbəb oldu.

Beynəlxalq İzmir İncəsənət Bienali 2011-ci ildən bəri təşkil edilən İzmir Biennalesi çərçivəsində, İzmirdə vizual sənətlər sahəsində fərqli mədəniyyətlərdən sənətçilər və tamaşaçılar arasında görüş nöqtəsi yaratmağı hədəfləyən beynəlxalq bir sərgidir. Bu layihə bir çox müxtəlif ölkələrdən olan müasir rəssamların beynəlxalq səviyyədə tanınmasında və müxtəlif tədbirlərə dəvət olunmasında mühüm rol oynayır”.
İzmir Mədəniyyət və Turizm müdür vəkili Murad Qaraçanta bildirdi ki, min ildən çoxdur ki, şair filosof, elm adamı və sənətçilərin yetişdiyi, ilklərin və birincilərin şəhəri hesab edilən İzmir bu il önəmli bir festivala ev sahibliyi edir: “6-cı dəfədir ki, “Domino təsiri” mövzusu ilə Beynəlxalq İzmir Sənət Bienali dünya sənətçilərini bir araya toplayıb. Çox şadam ki, İzmir Sənət aləmi Bienali kimi önəmli və böyükmiqyaslı tədbir keçirir. Bu festival dünyanın tanınmış rəssamlarının əsərlərinin tanınmasını, beynəlxalq aləmdə barışın, sülhün təmin olunmasını təbliğ edir. Bienalliyə gələn, festivala rəng qatan sənətçilərimiz fəlsəfi düşüncələrini, sənətin ruh və bədənə təqdim etdiyi sərbəst ifadə gücüylə, qürurla yaratdıqları əsərləri təqdim edirlər”.


Layihənin baş direktoru Seba Uğurtan isə bildirdi ki, Beynəlxalq İzmir sənət sərgisində mövzu olan “Domino effekti” konsepsiyası sənətçinin öz düşüncələri ilə canlanaraq festivala gözəllik bəxş edir: “Sənətçi öz fikrinə əsaslanaraq əsərləri ilə festivala gözəllik qatır. Beynəlxalq İzmir sənət sərgisində sənətçilər “Domino effekti” başlığı altında öz daxili dünyalarına varmaq, düşünmək, var olanı, olmayanı, ola biləcəkləri xəyal edə bilmək, görmək, yaratmaq, canlandırmaq, şərh etmək bacarıqlarından istifadə edirlər. Sənət əsəri yaratmaqda ən böyük önəm fərdi ifadəni bacarmaqdır. Bu güc ilə sənətçi istəsə, yanına komandasını da alar. Qrup çalışması ilə bərabər çalışıb xəyali düşüncəsini inkişaf etdirər. Günümüzün şərtlərində sənətçilər sənət əsəri yarada bilmək üçün maddi dəstək almırlar.

Məqsədimiz İzmiri məşhur bir mədəniyyət və sənət şəhərinə çevirməkdir. Sənətin birləşdirici gücünün dünya sülhü üçün nə qədər önəmli olduğunu izah etməkdir. Bu zaman ərzində bizə sərgi salonlarını 7 gün müddətinə sənətçilər üçün hazırlayan Mədəniyyət Nazirliyinə, İzmir bələdiyyəsinə, Bornova bələdiyyəsinə, sərgiyə dəstək olan 5 sənətçi dostumuza, əsərləri ilə sərgiyə qatılan sənətçilərə təşəkkürümüzü bildiririk”.

Ötən ay İzmirdə VI Bienali Beynəlxalq İzmir Sənət sərgisi keçirildi. Kifayət qədər böyük nüfuza malik sərgiyə dünyanın müxtəlif ölkələrindən sənətkarlar qatıldı. Hansı ki, bu sərginin təşkil edilməsi beynəlxalq əlaqələrin daha da gücləndirilməsi və dünyanın peşəkar sənətkarlarının bir araya toplanmasında əsas vasitəçi rolunu oynayır. Sərgidə ilk dəfə olaraq Azərbaycan sənətkarı da iştirak etdi. Ölkəmizi orada Türkiyə və Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə-Zebiç təmsil edib. O, bizimlə söhbətində belə bir mötəbər tədbirdə iştirak etmənkdən məmnunluğunu bildirdi: “Bienali İzmir Mədəniyyət sərgisində bu dəfə Azərbaycanı təmsil etməyim məndə böyük qürur hissi oyatdı. Sərgidə bu dəfə “Domino təsiri” mövzusu qoyulmuşdu. Mənim əsərim orada diqqət və marağa səbəb oldu. Beynəlxalq İzmir İncəsənət Bienali 2011-ci ildən bəri təşkil edilən İzmir Biennalesi çərçivəsində, İzmirdə vizual sənətlər sahəsində fərqli mədəniyyətlərdən sənətçilər və tamaşaçılar arasında görüş nöqtəsi yaratmağı hədəfləyən beynəlxalq bir sərgidir. Bu layihə bir çox müxtəlif ölkələrdən olan müasir rəssamların beynəlxalq səviyyədə tanınmasında və müxtəlif tədbirlərə dəvət olunmasında mühüm rol oynayır”. İzmir Mədəniyyət və Turizm müdür vəkili Murad Qaraçanta bildirdi ki, min ildən çoxdur ki, şair filosof, elm adamı və sənətçilərin yetişdiyi, ilklərin və birincilərin şəhəri hesab edilən İzmir bu il önəmli bir festivala ev sahibliyi edir: “6-cı dəfədir ki, “Domino təsiri” mövzusu ilə Beynəlxalq İzmir Sənət Bienali dünya sənətçilərini bir araya toplayıb. Çox şadam ki, İzmir Sənət aləmi Bienali kimi önəmli və böyükmiqyaslı tədbir keçirir. Bu festival dünyanın tanınmış rəssamlarının əsərlərinin tanınmasını, beynəlxalq aləmdə barışın, sülhün təmin olunmasını təbliğ edir. Bienalliyə gələn, festivala rəng qatan sənətçilərimiz fəlsəfi düşüncələrini, sənətin ruh və bədənə təqdim etdiyi sərbəst ifadə gücüylə, qürurla yaratdıqları əsərləri təqdim edirlər”. Layihənin baş direktoru Seba Uğurtan isə bildirdi ki, Beynəlxalq İzmir sənət sərgisində mövzu olan “Domino effekti” konsepsiyası sənətçinin öz düşüncələri ilə canlanaraq festivala gözəllik bəxş edir: “Sənətçi öz fikrinə əsaslanaraq əsərləri ilə festivala gözəllik qatır. Beynəlxalq İzmir sənət sərgisində sənətçilər “Domino effekti” başlığı altında öz daxili dünyalarına varmaq, düşünmək, var olanı, olmayanı, ola biləcəkləri xəyal edə bilmək, görmək, yaratmaq, canlandırmaq, şərh etmək bacarıqlarından istifadə edirlər. Sənət əsəri yaratmaqda ən böyük önəm fərdi ifadəni bacarmaqdır. Bu güc ilə sənətçi istəsə, yanına komandasını da alar. Qrup çalışması ilə bərabər çalışıb xəyali düşüncəsini inkişaf etdirər. Günümüzün şərtlərində sənətçilər sənət əsəri yarada bilmək üçün maddi dəstək almırlar. Məqsədimiz İzmiri məşhur bir mədəniyyət və sənət şəhərinə çevirməkdir. Sənətin birləşdirici gücünün dünya sülhü üçün nə qədər önəmli olduğunu izah etməkdir. Bu zaman ərzində bizə sərgi salonlarını 7 gün müddətinə sənətçilər üçün hazırlayan Mədəniyyət Nazirliyinə, İzmir bələdiyyəsinə, Bornova bələdiyyəsinə, sərgiyə dəstək olan 5 sənətçi dostumuza, əsərləri ilə sərgiyə qatılan sənətçilərə təşəkkürümüzü bildiririk”. Layihənin təşkilatçılarından Faden Suzan Kudsioğlu isə bildirdi ki, “Domino effekti” başlığı altında keçirilən sərgi düşünmək, xəyal edə bilmək, yaratmaq bacarıqlarını istifadə edərək izləyicilərə gözəl əsərlər təqdim etməkdən ibarətdir: “İzmir sərgisi 2011-ci ildən bu yana hər il keçirilir. 2021-ci ildə pandemiya səbəbindən sərgiyə ara verilmişdi. Bu il 2022-ci ildə 70 sənətçinin iştirakı ilə bir sərgi keçirildi. İzmir sərgisinə 2011-ci ildən bəri qatılan bütün sənətçilərin sayı 1258-ə çatıb. 2022-ci ildə keçirdiyimiz 6-cı Beynəlxalq İzmir sənət sərgisi İzmiri sənətlə qovuşdurmaqda davamlılıq qazanıb. Sərginin 12-ci ilində cəmiyyətin hər bir üzvünün sərgidə iştirak edə bilməsi önəmlidir. Seba incəsənət qalereyası, elmi komitə böyük bir özgüvənlə çalışmaqdadır. Bu vacib tədbirə Mədəniyyət və Turizm Nazirliyi olaraq dəstək verməkdən məmnunuq. Sərginin rəhbəri Seba Uğurtenin əsərləri ilə sərgiyə qatılan bütün sənətkarlarımıza sonsuz təşəkkürümüzü bildiririk. Sərgidə münsif heyətinin mükafata layiq gördüyü sənətçilərimizə də uğurlarının davamlı olmasını diləyirik”.

Layihənin təşkilatçılarından Faden Suzan Kudsioğlu isə bildirdi ki, “Domino effekti” başlığı altında keçirilən sərgi düşünmək, xəyal edə bilmək, yaratmaq bacarıqlarını istifadə edərək izləyicilərə gözəl əsərlər təqdim etməkdən ibarətdir: “İzmir sərgisi 2011-ci ildən bu yana hər il keçirilir. 2021-ci ildə pandemiya səbəbindən sərgiyə ara verilmişdi. Bu il 2022-ci ildə 70 sənətçinin iştirakı ilə bir sərgi keçirildi. İzmir sərgisinə 2011-ci ildən bəri qatılan bütün sənətçilərin sayı 1258-ə çatıb. 2022-ci ildə keçirdiyimiz 6-cı Beynəlxalq İzmir sənət sərgisi İzmiri sənətlə qovuşdurmaqda davamlılıq qazanıb. Sərginin 12-ci ilində cəmiyyətin hər bir üzvünün sərgidə iştirak edə bilməsi önəmlidir. Seba incəsənət qalereyası, elmi komitə böyük bir özgüvənlə çalışmaqdadır. Bu vacib tədbirə Mədəniyyət və Turizm Nazirliyi olaraq dəstək verməkdən məmnunuq. Sərginin rəhbəri Seba Uğurtenin əsərləri ilə sərgiyə qatılan bütün sənətkarlarımıza sonsuz təşəkkürümüzü bildiririk. Sərgidə münsif heyətinin mükafata layiq gördüyü sənətçilərimizə də uğurlarının davamlı olmasını diləyirik”.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv