Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun həbsi eks-İH rəhbərlərinə bir nümunə və mesaj idi ki, vəzifədən azad edilmək hələ məsuliyyətdən yaxa qurtarmaq anlamına gələ bilməz. Q.Səmədov da vəzifəsindən azad olunmuşdu, amma korrupsiya faktı ilə qandallandı.
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.