!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vilayət Hacıyev dəfn olundu - YENİLƏNDİ

!Reklam – Yazi

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Yenicag.az xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində vida mərasimi olub. Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, qələm dostları, ədəbi-ictimai xadimlər, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılaraq orada dəfn olunub.

Xatırladaq ki, Vilayət Hacıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

Böyük tərcüməçilik fəaliyyəti olan Vilayət Hacıyev Erix Mariya Remark, Haynrix Böll, Frans Kafka kimi dünyaca məşhur yazıçıları orijinaldan dilimizə çevirib.

***

Tanınmış tərcüməçi, filoloq Vilayət Hacıyev vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetindən bildirilib.

Qeyd edək ki, Vilayət Hacıyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.

O, 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub.

Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.

Vilayət Hacıyev alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olub. 70-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuatında tərcümələri nəşr olunub. V. Borxert, Z. Lents, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələr tərcümə edib.

Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, Haynrix Böllün “Bir təlxəyin düşüncələri”, “Kişisiz ev”, Frans Kafkanın “Məhkəmə” və bir sıra başqa əsərləri orijinaldan dilimizə çevirib.

Allah rəhmət eləsin!

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv