!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vitali Balasanyan Əsgərandakı evində HƏBS OLUNDU

!Reklam – Yazi

Qarabağdakı separatçı rejimin keçmiş “şura katibi” Vitali Balasanyan Əsgərandakı evində saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Vitali Balasanyanla birlikdə oğlu və əmisi də həbs edilib.

“Generalı maska ​​taxaraq, qollarını buraraq, aşkar şəkildə həbs etdilər. Həbsin səbəblərini yaxın vaxtlarda açıqlayacağıq. Bu barədə sosial şəbəkələrdə də məlumatlar dolaşır. Yəni bu addımınızla artıq açıq şəkildə deyirsiniz ki, siz Artsaxı və Artsax xalqını satmısınız. kim sizə qarşı çıxmağa çalışsa, həbs olunacaq”, – media yazıb.

Məlumata görə, Balasanyanın evində 40 dəqiqə axtarış aparılıb. Həbs olunandan sonra qondarma “milli təhlükəsizlik xidməti”nə aparılıb, hazırda “prokurorluq”dadır.

Məsimə

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv