Vitse-spikerdən deputata İRAD: “Parlament selfi çəkdirmək yeri deyil…”

Milli Məclis sədrinin 1-ci müavini AXCP sədrini öz liderinə xəyanətdə suçladı.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən 1-ci vitse-spiker Ziyafət Əsgərov AXCP sədri Əli Kərimlini öz lideri mərhum Əbülfəz Elçibəyə xəyanətdə ittiham edib.

Bununla kifayətlənməyən Əsgərov millət vəkili Fazil Mustafaya da öz iradlarını bildirib:

“Fazil Mustafa, parlament selfi çəkdirmək yeri deyil. Əgər selfi çəkdirə də bilmirsənsə, bu, parlamentin problemi deyil, sənin problemindir…”