!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Viza ilə giriş olan ölkələrə fantastik BİLET QİYMƏTLƏRİ: "Alternativ yol odur ki..." - RƏY

!Reklam – Yazi

Bildiyimiz kimi, ölkəmizdən ən çox səyahət edilən ölkələr Türkiyə, Rusiya, BƏƏ və s.-dir. Hansı ki, həmin ölkələrə rahatlıqla, vizasız səfərlər etmək mümkündür. Amma Avropa ölkələri və Amerikaya həm viza rüsumları, həm də təyyarə biletləri kifayət qədər bahadır. Buna ordakı attraksionlar, gəzməli-görməli yerlər, otel və yemək xərclərini də əlavə etsək, kifayət qədər çox məbləğdə pul lazım olur.

Bəs alternativ yollar nədir? Daha ucuz biletlərin əldə edilməsi üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Ramin Zamanov bildirib ki, uzaq məsafələrə səyahət edərkən nəqliyyat xərci baha olur:

“Alternativ olaraq, insanlar gəmilərdən və dəmir yollarından istifadə edir. Çünki təyyarə çox bahadır. Məsələn, Amerikaya heç dəmiryolu da mümkün deyil. Ancaq gəmi ilə getmək olar ki, o da uzun bir yol və vaxt tələb edir.

Bunlardan xilas olmaq üçün ən alternativ yol dəmiryol və kruiz gəmilərdən istifadə etməkdir. Kruiz gəmilərinin qiyməti büdcəyə uyğundur. Həmçinin bunun üstünlüyü odur ki, 10-15 gün ərzində bir neçə ölkə görmək mümkündür. Bundan əlavə, gəmidə olan fərqli əyləncələr insana müsbət təsir edir. Gələcəkdə isə, yeni nəqliyyat növünün yaranıb-yaranmaması sual altındadır.

Düşünürəm ki, gələcəkdə də həmin ölkələrə uçuşlar baha olacaq”.

Şahanə Paşa

www.yenicag.az

2569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv