Ukrayna Prezidenti Vladimir Zelenski 27 yerli hakimin təyinatı haqqında fərman imzalayıb.
AZƏRTAC Ukrayna Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, təyin olunan yeni hakimlər 13 vilayəti əhatə edir.
Yeni hakimlər arasında soydaşımız da var. Prezidentin fərmanı ilə Səfərova Anjelika Fərhad qızı Odessa vilayətinin Kominternovsk rayonunun hakimi təyin olunub.