!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VMF "Heydər Əliyevin 100 il yaşayan rəngləri" adlı saat kolleksiyasını təqdim etdi - FOTO/VİDEO

!Reklam – Yazi

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupuna daxil olan Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF saat fabriki Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məhdud saylı “Heydər Əliyevin 100 il yaşayan rəngləri” adlanan saat kolleksiyasını istehsal edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində 2023-cü ili “Heydər Əliyev ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupuna daxil olan, Azərbaycanda İlk Dəqiq Mexanizmlər istehsal edən VMF saat fabrikinin kollektivləri də bu tarixə böyük ruh yüksəkliyi ilə hazırlaşdılar.

Ümumiyyətlə, 2018-ci ildə təməli qoyulan VMF saat fabriki bu günə qədər artıq hər il 5 klassik VMF, gənclər üçün Rover və uşaqlar üçün Elli saat kolleksiyalarını istehsal edib. Fəxrlə demək olar ki artıq 20 minə yaxın insanlar VMF fabrikinin istehsal etdiyi saatlarla gündəlik həyatlarını tənzimləyir.

Azərbaycanın VMF saat fabrikinin məhsulları bu gün Orta Asiya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyyə, Gürcüstan və bir sıra Avropa ölkələrində təmsil olunub.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, azərbaycanlı olması ilə ömür boyu fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin izi xüsusi buraxılışlı saat kolleksiyasının ərsəyə gəlməsinə xidmət etdi.

Qüdrət, Müasirlik, Aydınlıq, Peşəkarlıq “Heydər Əliyevin 100 il yaşayan rəngləri” kolleksiyasının ana xəttini müəyyən etdi və hər bir saatın siferblatına Ulu Öndərin imzası həkk olundu.


“Heydər Əliyevin 100 il yaşayan rəngləri” kolleksiyasından olan saatlar həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub. Saatın Günəş Şualı Qürub siferblatına əl ilə həkk olunmuş Heydər Əliyevin imzası və 100 il əks olunub.

Kolleksiyaya daxil olan məhdud sayda seriyanın arxa qapağında isə Heydər Əliyevin əksi fibra-lazer oyma mexanizmi ilə dəqiqliklə işlənərək həkk olunub.

Azərbyacanda ilk dəqiq mexanizmlər istesal edən VMF saat fabriki Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məhdud sayda cəhrayı qızılı sapfir saatlarını təqdim edir.

Vacib Xüsusiyyətlər: Sapfir Şüşə, Günəş Şualı Qürub Siferblatda Sapfir 12 daş,
18 k. Cehrayi Qızıl 4 Mk. Örtük, Arxa Qapaqda Fibra Lazerlə Oymalanmış Heydər Əliyevin Büst Qravürü, Qürub Çalarlı Siferblatda Əllə Həkk Olunmuş Heydər Əliyevin İmzası və “100 il” yadigarı, 41 Kalibr Çəhrayı Qızılı Yivli Yonulmuş Bezel, Böyüdücü Tarix Pəncərəsi,
Çox Böyük Həftə Günü İndikatoru, Beş yollu 316L Markalı Antialergik Braslet, Qoşa Tağlı Kəpənək Bənd.

www.yenicag.az

1228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv