!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Voleybol millimiz Bolqarıstanda yoldaşlıq görüşü keçirəcək

!Reklam – Yazi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda yoldaşlıq görüşü keçirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ataman Güneyligil Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətində açıqlamasında məlumat verib.

Türkiyəli mütəxəssis hazırda Bakıda hazırlıq keçən komandanın toplanışın ikinci mərhələsi üçün Bolqarıstana yollanacağını bildirib: “Təlim-məşq toplanışının birinci mərhələsini Bakıda keçirik. Növbəti etapda Bolqarıstana yollanıb məşqlərimizə orada davam etməyi planlaşdırırıq. Bir neçə yoldaşlıq oyunları da nəzərdə tutulur”.

A.Güneyligil komandanın hələ tam heyətlə hazırlıq keçmədiyini sözlərinə əlavə edib: “Hazırlıqlara ilk olaraq fitneslə başladıq, sonra fiziki məşqlərə keçdik. İndi toplarla məşqlərə start vermişik. Növbəti həftədən daha ciddi rejimdə, gün ərzində 6-7 saat məşq etməyi nəzərdə tuturuq. Bu müddətdə həm fiziki, həm də toplarla məşq edəcəyik, həmçinin, müxtəlif taktikalar üzrə də işləyəcəyik. Əksər oyunçular hazırda Bakıdadır. Bir neçə voleybolçu qalıb ki, onlar da yaxın günlərdə kollektivə qoşulacaqlar”.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv