!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Voleybolçularımız AÇ-yə qələbə ilə başladılar

!Reklam – Yazi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Yenicag.az xəbər verir ki, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibi üstələyiblər – 3:0 (25:21, 25:10, 25:15).

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq./Report/

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv