!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Volkovdan sonra itən Vardanyan: “Qarabağdakı ermənilərin orada yaşamasına yeganə qarant...” - ŞƏRH

!Reklam – Yazi

“Qarabağdakı ermənilər sahibsiz qalıb və onların orada yaşamasına yeganə qarant Azərbaycan hökumətidir”.

Bunu Ruben Vardanyanın ortalıqda görünməməsinin səbəbini şərh edən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağda Vardanyan artıq iflasa uğrayıb, ona görə oradan qaçıb:

“Vardanyan bu məsələdə Qərbdən dəstək gözləyirdi. Arayik Arutyunyandan fərqli olaraq Vardanyanın xarici dil bilikləri, Qərbdə biznes və işgüzar əlaqələri var və ümid edirdi ki, çağırışları ilə Qərbin dəstəyini qazana biləcək. Lakin bunun əksini gördü.

Qarabağ Azərbaycanın ərazisi olduğuna görə ora heç bir xarici qüvvəni cəlb edə bilmədi. Ona görə də vaxtın əleyhinə işlədiyini başa düşüb, necə gəlmişdisə, elə də getdi. Vardanyan orada öz şəxsi vəsaitini də bu işə sərf etdi, lakin bunun perspektivi olmadığını anladı. Bu, artıq onu göstərir ki, Qarabağdakı ermənilər sahibsiz qalıb və onların orada yaşamasına yeganə qarant Azərbaycan hökumətidir. Bunu Vardanyanın məğlubiyyəti kimi qəbul etmək olar.

Qarabağdakı erməni əhalinin taleyini Azərbaycan heç bir erməni siyasi lideri ilə müzakirə etmək fikrində deyil. Müzakirə olunası məsələ varsa, o da, Azərbaycanla Ermənistan liderləri arasında iki ölkənin münasibətlərindəki normallaşma prosesi ilə bağlıdır. Həm də Azərbaycanın, həm də beynəlxalq səviyyədə Ermənistan hökumətindən gözləntilər məhz bununla bağlıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv