!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Volodin Şəntopa zəng etdi: "Dostluğumuzu gücləndirməliyik"

!Reklam – Yazi

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopa zəng edib.

TBMM-dən Yenicag.az-ın Türkiyə bürosuna verilən məlumata görə, Volodin baş vermiş zəlzələdə həlak olanlara görə həmkarına başsağlığı verib.

Şəntop, öz növbəsində, Rusiyanın dəstəyindən ötrü Volodinə təşəkkür edib, onu aparılan işlər barədə məlumatlandırıb.

Telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlər də müzakirə edilib. Volodin Rusiya ilə Türkiyənin münasibətləri daha da inkişaf etdirməli olduğunu vurğulayaraq: “Dost olaraq hər zaman yanınızdayıq”, – deyə Şəntopa bildirib.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv