!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Volodya, dayan" - Lukaşenkodan xəbərdarlıq

!Reklam – Yazi

Ukrayna hərbi əməliyyatları davam etdirsə, “bütün ərazilərini itirə bilər”, ona görə də Kiyev “sülhə getməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

“Biz ilk addımı atmalıyıq. Və ilk addım sülhdür, biz sülhə doğru getməliyik. Bu ərazilər uğrunda mübarizə aparsanız, siz onları itirəcəksiniz”, – Lukaşenko bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna öz əraziləri uğrunda mübarizə apara bilər, lakin “başqa üsul seçməlidir”. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putini “heç kim devirə bilməz”. Rusiyada “Vaqner” RMC-nin muzdlularının son üsyanını şərh edən Belarus prezidenti vurğulayıb ki, onun nəticəsi “yaxın gələcəkdə belə üsyanlar olmayacaq”.

“Son vaxtlar hamı çox şey başa düşdü, o cümlədən Putin. O, artıq eyni adam deyil. O, artıq daha müdrik və bacarıqlıdır. Və əgər kimsə düşünürsə ki, qiyam Putini zəiflədib, bu, tamamilə cəfəngiyyatdır. Rəqiblərimiz bunu bilməlidir”, – Lukaşenko vurğulayıb.

Belarus prezidenti ukraynalı həmkarı Volodimir Zelenskiyə də “dayanmağı” tövsiyə edib.

“Volodya, sizin ölkədə müharibə gedir, hər şeyi etmək lazımdır ki, o, qızışmasın. Bəli, baş verənlər olub, günahı olanlar cavab verməlidirlər, amma vəziyyətdən çıxış edərək, buna son qoyulmalıdır. Xüsusilə Ukrayna üçün hadisələrin mənfi inkişafını dayandırmaq lazımdır. Bu gün ona demək istədiyim yeganə şey budur”.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv