!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Voronejdə kafedə partlayış oldu – DİN sensasion səbəblər AÇIQLADI

!Reklam – Yazi

Rusiya Voronej şəhərində kafelərdən birində partlayış baş verib. İlkin məlumatlara görə, itki yoxdur, partlayış nəticəsində şüşələr zədələnib.

Yenicag.az xəbər verir ki, bu barədə aprelin 1-də Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Kulikova məlumat verib.

O qeyd edib ki, polisə Lenin küçəsində yerləşən ticarət obyektinin pəncərə şüşələrinin zədələndiyi və daha sonra içəridə partlayış baş verdiyi barədə məlumat daxil olub.

Kulikova bildirib ki, hadisə yerində əməliyyat-istintaq qrupu işləyir, bütün hallar aydınlaşdırılır, fövqəladə vəziyyətin səbəbləri müəyyənləşdirilir.

Regional əməliyyat xidmətlərinin aydınlaşdırdığı kimi, buna səbəb sahibkarlar arasında maraqların toqquşması olub.

Yenicag.az

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv