!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vosmoy” bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi” fəaliyyətini davam etdirir.

Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.

“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, – İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində “8-ci km Ticarət Mərkəzi” MMC ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.

 

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv