!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vüqar Gülməmmədov: “Aparılan audit tədbirləri nəticəsində AzTV-də nöqsanlar aşkar olunub”

!Reklam – Yazi

“2023-cü ildə aparılan audit tədbirləri nəticəsində AzTV-də hələ də bir sıra nöqsanlar aşkar olunub. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb”.

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu gün keçirilən Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ilə dair hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib:

“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ – bir podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar olunub. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.
Xatırladaq ki, əvvəlki illərdə də Hesablama Palatası AzTV-nin fəaliyyətində nöqsanların aşkar olunduğunu bildirmişdi./Oxu.Az

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv