Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vüqar Səfərli “axtarışa verildi” - FOTO/VİDEO

Reklam: High Technic

“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verirz ki, proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı və verilişin siması Dadaş Dadaşlinskinin katibəsi Lyubanın rəqsi zamanı kadra düşən foto diqqət çəkib.

Belə ki, divardan asılmış fotoda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb.

İzləyicilər arasında geniş müzakirələrə səbəb olan fotonun orada yerləşdirilməsinin səbəbi isə maraqlıdır.

Məsələ burasındadır ki, Dadaş Dadaşlinski KİVDF-nin İcraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələrlə dəvətdən boyun qaçırıb.

Son olaraq telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib. /Oxu.az/

www.yenicag.az

740
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100